Bakı-APA. Misir müxalifəti ölkənin şimalındakı İsgəndəriyyə əyalətinin islamçı hakimiyyətə tabe olmayacağını bəyan edib.
Yüzlərlə müxalifətçi yerli hökumət binasına hücum edərək onu ələ keçiriblər və öz suverenliklərini elan ediblər.
Lakin bunun ardınca yaxşı silahlanmış islamçılar həmin binaya hücum edərək müxalifləri oradan çıxarıblar.
Prezident Məhəmməd Mürsi islamçı «Müsəlman qardaşlar» təşkilatının nümayəndəsidir.