Bank Of Baku

Misirdə parlament seçkiləri qeyri-müəyyən vaxta təxirə salınıb

Misirdə parlament seçkiləri qeyri-müəyyən vaxta təxirə salınıb
# 08 mart 2013 04:20 (UTC +04:00)

 

Bakı-APA.  Misir məhkəməsi prezident Məhəmməd Mursinin parlament seçkilərinin təxirə salınması barədə fərmanını ləğv etdikdən sonra Seçki komissiyası da parlament seçkilərinin  qeyri-müəyyən vaxta təxirə salınmasına dair qərar qəbul edib.  APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, səsverməni 2013-cü ilin aprelin 22-dən iyunun sonunadək dörd mərhələdə keçirmək nəzərdə tutulurdu.  Məhkəmənin  parlament seçkilərinin təxirə salınması barədə qərarı iqtisadi böhran və iğtişaşların tüğyan etdiyi ölkədə siyasi qeyri-müəyyənliyi daha da dərinləşdirib.  

 

Misir prezidenti Məhəmməd Mursi parlament seçkilərinin tarixini dəyişərək aprelin 22-nə təyin etmişdir. Bundan öncə isə parlament seçkilərinin başlanması aprelin 28-nə müəyyən olunmuşdur.  

 

Prezidentin bəyanatında qeyd olunmuşdu ki, parlament seçkilərinin tarixi xristian koptların xahişi ilə dəyişdirilib. Əks halda səsvermə onların Pasxa bayramına təsadüf edəcəkdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR