Bank Of Baku

Misirdə parlament seçkilərinin tarixi açıqlandı

Misirdə parlament seçkilərinin tarixi açıqlandı
# 22 fevral 2013 02:46 (UTC +04:00)

Bakı-APA. Misir prezidenti Məhəmməd Mürsi ölkədə parlament seçkilərini keçirilməsini bu ilin aprel ayına təyin etmək niyyətindədir.  

 

 APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, seçkilər aprelin 27-də başlanacaq və müşahidəçi çatışmazlığı səbəbindən bir neçə mərhələdən ibarət olacaq.   

 

Ötən gün parlamentin yuxarı palatası seçkilər barədə yeni qanuna dəyişiklikləri təsdiq edib.

 

Son bir neçə həftə ərzində Misirdə Məhəmməd Mürsinin hakimiyyətinə qarşı kütləvi iğtişaşlar keçirilib.

 

Analitiklərin fikrinə görə, Məhəmməd Mürsi və onun rəhbərlik etdiyi “Müsəlman qardaşlar” partiyası hesab edir ki, seçkilər müxalifətin artan narazılığına və kütləvi etirazlara son qoyacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR