Bank Of Baku

Misirdə sabiq prezident Mursinin tərəfdarları etiraz aksiyasına başlayıb, ordu mərkəzlərinə silahlı hücumlar qeydə alınıb

Misirdə sabiq prezident Mursinin tərəfdarları etiraz aksiyasına başlayıb, ordu mərkəzlərinə silahlı hücumlar qeydə alınıb
# 05 iyul 2013 13:21 (UTC +04:00)

APA-nın məlumatına görə, Təhrir meydanında isə artıq sakitlik bərqərar olub. Mursi tərəfdarları “Hərbi çevrilişə yox”, “Oyan Sisi, liderimiz Mursi” deyə şüarlar səsləndirirlər. Onların Müdafiə Nazirliyinin binasına doğru yürüşə hazırlaşdığı qeyd olunur. Misirin Sina yarımadasında isə ordu mərkəzlərinə və bir polis məntəqəsinə silahlı hücumlar olub, hücum edənlər qumbaraatan və pulemyotlardan istifadə ediblər. Hücumlar nəticəsində bir hərbçi ölüb, iki hərbçi yaralanıb. Sina yarımadasının şimalında yerləşən qəsəbələrdə ordu hissələri və polis məntəqələrinə hücumların başladığı da qeyd olunur. Hücumların islamçı qruplaşmalar tərəfindən gerçəkləşdirildiyi bildirilir. Xatırladaq ki, Məhəmməd Mursinin devrilməsindən sonra bir çox silahlı qruplaşma ordunu kütləvi terror aktları ilə təhdid edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR