Bank Of Baku

Misirdə təhlükəsizlik qüvvələri İranın “Əl-Aləm” telekanalının ofisini ələ keçirib

Misirdə təhlükəsizlik qüvvələri İranın “Əl-Aləm” telekanalının ofisini ələ keçirib
# 21 iyul 2013 03:12 (UTC +04:00)

Bakı-APA. Misirdə təhlükəsizlik qüvvələri İranın “Əl-Aləm” telekanalının Qahirə ofisini ələ keçirib və direktorunu həbs edib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, təhlükəsizlik qüvvələrinin əməkdaşları heç bir səbəb bildirmədən telekanalın avadanlıqlarını müsadirə edib.     

 

Təhlükəsizlik xidməti bu addımı telekanalın lisenziya ilə bağlı problemi olması ilə izah edib.  

 

 Ekspertlərin fikrincə, qeyd olunan insident Qahirə-Tehran münasibətlərinin soyumasına işarə verir.

 

Qeyd edək ki, “Əl-Aləm” bütün dünyada yayımlanan, İranın “IRIB” mediaşirkətinə məxsus telekanaldır.  Telekanalın izləyici auditoriyası 300 milyon insan təşkil edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR