APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Misirin səhiyyə nazirliyinin açıqlamasında bildirilir.
Açıqlamada bildirilir ki, ölənlərdən 9-u İsgəndəriyyədə, 65 nəfəri isə Qahirədə həlak olub.
Xatırladaq ki, iyulun 26-dan 27-nə keçən gecə Qahirənin “Rəba əl-Adauiyyə” məscidinin qarşısında fasiləsiz etiraz aksiyası keçirən yüzlərlə islamçı mərkəzi yollardan birini bağlayıb. Polis aksiyaya müdaxilə etmək istədikdə, etirazçılar asayiş keşikçilərinə yandırıcı maye ilə doldurulmuş şüşə qabları ataraq, ov tüfəngləri və avtomat silahlardan atəşə tutub.
Misir DİN-in rəsmi nümayəndəsi islamçıların polisin ünvanına səsləndirdiyi ittihamlarını qəti şəkildə təkzib edərək hadisəyə görə bütün məsuliyyəti Məhəmməd Mursi tərəfdarlarının üzərinə qoyub. Onun sözlərinə görə, polis iğtişaşların qarşısını almaq üçün yalnız gözyaşardıcı qazdan istifadə edir.