Bank Of Baku

Misirdə toqquşmalarda “Müsəlman qardaşlar” hərəkatının 5 üzvü ölüb

Misirdə toqquşmalarda “Müsəlman qardaşlar” hərəkatının 5 üzvü ölüb
# 14 yanvar 2014 18:50 (UTC +04:00)

Bakı-APA. Misirdə yeni konstitusiya layihəsi üzrə keçirilən ümumxalq referendumunu pozmağa çalışan “Müsəlman qardaşlar” hərəkatının tərəfdarları və polis arasında baş vermiş  qarşıdurma nəticəsində azı 5 nəfər ölüb. APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Al Arabiya telekanalı məlumat yayıb.     

 

Məlumata görə, ən qanlı toqquşma ölkənin cənubundakı Sohaq əyalətində baş verib. “Müsəlman qardaşlar” seçki məntəqələrinə hücum cəhdi etdikdə asayiş keşikçiləri onlara atəş açıb.  

 

Daha 1 nəfər isə Qahirənin cənub ətrafında həlak olub.  

 

Misirdə yeni konstitusiya qəbul edildikdən 6 ay sonra ölkədə parlament və prezident seçkilərinin keçirilməsi planlaşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR