Bank Of Baku

Misirdə toqquşmalarda ölənlərin sayı 638-ə çatıb

Misirdə toqquşmalarda ölənlərin sayı 638-ə çatıb
# 15 avqust 2013 23:44 (UTC +04:00)

Bakı-APA. Misirdə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları və hüquq-mühafizə qüvvələri arasında baş vermiş toqquşmalar zamanı ölənlərin sayı 638-ə çatıb.

 

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, müvafiq açıqlamanı Misirin Səhiyyə Nazirliyi yayıb. 

 

Bundan əvvəl 578 nəfərin öldüyü bildirilirdi.

 

Misirin Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmməd Fəthallah bildirib ki, iğtişaşlar zamanı 3 994 insan yaralanıb.   

 

Misir DİN-in birləşmələri ordu hissələri ilə birgə avqustun 14-də Mursi tərəfdarlarının Qahirədə qurduğu çadır düşərgələrini dağıtmağa başlayıb. Daha sonra toqquşmalar digər əyalətlərə də yayılıb.  

 

İslamçılar polisin odlu silah istifadə etdiyini və 3000 nəfərdən çox insanın öldüyünü iddia edirlər. Misir hakimiyyəti ölkədə fövqəladə vəziyyət və komendant saatı elan edib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR