Bakı-APA. Misirin müvəqqəti prezidenti Ədli Mənsur yeni Konstitusiya bəyannaməsinin qəbulu barədə fərman imzalayıb.
Sənədə əsasən ölkənin yeni əsas qanununu hazırlamaq üçün iki həftə ərzində Konstitusiya assambleyası çağırılmalı və 6 ay ərzində prezident seçkiləri keçirilməlidir.
Sənədin mətni 33 maddədən ibarətdir. Bu, 2011-ci ilin yanvarında prezident Hüsni Mübarək devrildikdən sonra qəbul edilən üçüncü Konstitusiya bəyannaməsidir.