Bakı-APA. Misirin fəaliyyətdə olan baş naziri Hişam Kandil ölkədə baş verənlərə etiraz olaraq, istefa verib. APA-nın xəbərinə görə, bu barədə «Əl-Əhram» qəzeti məlumat yayıb.
«Mən istefa ilə bağlı ərizəmi iyulun 3-də yazmışam, lakin onun yeni hökumətin formalaşdırıldığı vaxtda qüvvəyə minməsinə cəhd göstərməmişəm. Lakin hazırda hesab edirəm ki, bu vəziyyətdə hökumət rəhbəri vəzifəsinin icrası mümkün deyil və xahiş edirəm istefamı 8 iyul 2013-cü il tarixindən qəbul edəsiniz», deyə Kandil özünün Facebook səhifəsində bildirib.