APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin yeni təyin olunmuş baş naziri Hazem əl-Bəblavi bəyan edib.
Onun sözlərinə görə, keçmiş kabinetin 7 naziri öz vəzifəsində qalacaq. Artıq məlumdur ki, bunlar müdafiə naziri Abdel Fəttah əs-Sisi, DİN rəhbəri Məhəmməd İbrahim, xarici işlər naziri Məhəmməd Kamil Əmr və turizm naziri Hişam Zaazudur. Bundan başqa, yeni hökumətin tərkibində baş nazirin müavini vəzifəsinə Ziyad Bahəddin, və “Ən-Nur” sələfi partiyasının rəhbəri Yunis Məhyunun təyin olunacağı istisna olunmur. Hazem əl-Bəblavi həmçinin “Müsəlman Qardaşlar” hərəkatının nümayəndələrinin yeni hökumətin tərkibinə daxil olunacağını da istisna etməyib.
Yeni hökumətdə nazirlərin sayının azaldılacağı gözlənilir. Hazem əl-Bəblavi sözlərinə görə, yeni hökumətin əsas vəzifəsi ölkənin iqtisadi təhlükəsizliyi ilə bağlı məsələlərin həlli olacaq.