Bank Of Baku

Misirin Liviyadakı konsulluğu qarşısında güclü partlayış törədilib

Misirin Liviyadakı konsulluğu qarşısında güclü partlayış törədilib
# 17 avqust 2013 17:41 (UTC +04:00)

Bakı-APA. Misirin Benqazidəki konsulluğunun qarşısında güclü partlayış baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ilkin məlumata görə, partlayış nəticəsində xəsarət alan yoxdur. Bina ciddi zərər çəkib.   

 

Partlayışa görə məsuliyyəti hələlik heç kəs öz üzərinə götürməyib. Ehtimallara görə, terror aktı Misirdə siyasi böhran fonunda baş verən hadisələrlə bağlıdır.  

 

Qeyd edək ki, ötən gün Misirdə “Müsəlman qardaşlar”ın tərəfdarları və hökumət qüvvələri arasında baş vermiş toqquşmalarda 170-dən çox insan ölüb, yüzlərlə insan yaralanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR