APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, müvafiq qərarı ölkənin müvəqqəti prezidenti Ədli Mənsur verib.
Xəbər verildiyi kimi, Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş rəhbəri, Milli Qurtuluş Cəbhəsinin lideri Məhəmməd əl-Baradei isə ölkənin vitse-prezidenti təyin olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl Məhəmməd əl-Baradeinin Misirin keçid hökumətinin rəhbəri vəzifəsinə təyin olunduğu barədə xəbər verilmişdi. Lakin, sonradan, Misirin müvəqqəti prezidentinin dəftərxanası əl-Baradeinin baş nazir təyin olması xəbərlərini təkzib edib.