Bakı-APA. Misirin müvəqqəti prezidenti Ədli Mansur parlamentin yuxarı palatası olan Məsləhət şurasının buraxılması barədə fərman imzalayıb.
APA-nın məlumatına görə, Məsləhət şurası müvəqqəti olaraq bütün qanunverici funksiyaları yerinə yetirirdi.
İyunun əvvəlində Misirin Ali konstitusiya məhkəməsi Məsləhət şurasına seçkilər barədə qanunun yeni Konstitusiyaya uyğun olmadığını bildirmişdi.