Bakı-APA. Mozambikdə 38 nəfər daşqınların qurbanı olub, 150 mindən çox insan isə təbii fəlakət səbəbindən evlərini tərk etməli olublar.
APA-nın “RBK”ya istinadən verdiyi məlumata görə, bu barədə BMT Uşaq Fondunun (UNİCEF) əməkdaşı Mariye Makenqendo açıqlama verib. Onun sözlərinə görə, ölkənin təcili əlavə humanitar və ən azı 15 mln dollar məbləğində maliyyə yardıma ehtiyacı var.
Bundan əvvəl BMT daşqınlar nəticəsində 36 ölən və 70 min nəfərin evlərindən didərgin düşməsi barədə məlumat yayıb. Daşqınlara səbəb regionda aramsız yağan yağışlar və Limpopo çayında suyun artması səbəb olub.