Bank Of Baku

Müəmmər Qəddafinin oğlunun məhkəməsi fevral ayına təyin olunub

Müəmmər Qəddafinin oğlunun məhkəməsi fevral ayına təyin olunub
# 05 yanvar 2013 04:48 (UTC +04:00)

Bakı-APA. Liviya rəhbərliyi devrilmiş keçmiş ölkə lideri Müəmmər Qəddafinin oğlu Seyf-əl-İslamın işi üzrə məhkəmə prosesinin gələn ay baş tutacağı barədə məlumat yayıb.

 

Dövlət televiziyasına müsahibə verən ədliyyə naziri Saleh Marağinin sözlərinə görə, Seyf-əl-İslamla birlikdə keçmiş baş nazir Bağdadi əl-Mahmudi və təhlükəsizlik naziri Abdullah əl-Sanussi də müttəhim kürsüsünə çaxacaqlar.

 

Sözü gedən şəxslərin mühakiməsinin hələ ötən ilin sentyabrında baş tutması gözlənilsə də məhz Abdullah əl-Sanussinin Mavritaniyadan ekstradisiya prosesi uzandığına görə məhkəmə gecikmişdi. Liviya prokurorları Sanussinin verəcəyi ifadələrə əsasən Seyf əl-İslama qarşı daha əsaslı ittihamlar irəli sürəcəklərinə inanırlar. 

 

Qeyd edək ki, keçmiş Liviya liderinin oğlu Seyf əl-İslam atası ilə birlikdə hakimiyyətə qarşı qiyamın yatırılmasında ən fəal rol oynamış keçmiş dövlət rəsmilərindən hesab edilir. O, atasının öldürülməsindən bir ay sonra 2011-ci ilin noyabr ayında həbs edilib. Beynəlxalq Haaqa Tribunalı tərəfindən mühakiməsi tələb edilən Seyf Əl-İslamı hazırkı Liviya rəhbərliyi ekstradisiya etməkdən imtina edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR