Bank Of Baku

Mursi tərəfdarları və əleyhdarları arasında baş vermiş toqquşmalarda ölən və yaralananlar var

Mursi tərəfdarları və əleyhdarları arasında baş vermiş toqquşmalarda ölən və yaralananlar var
# 14 avqust 2013 00:15 (UTC +04:00)

Bakı-APA. Qahirədə Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında toqquşmalar baş verib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, “Müsəlman qardaşlar” hərəkatının nümayəndələrinin açıqlamasında qeyd olunur ki, polis işçisinin etirazçılara açdığı atəş nəticəsində azı 5 hərəkat üzvü yaralanıb. Agentlik həmçinin toqquşmalarda bir Mursi tərəfdarının öldürüldüyünü qeyd edir.  

 

Qeyd edək ki, avqustun 12-də Misir hakimiyyəti Mursi barəsində seçilmiş həbs qəti-imkan tədbirini əlavə 15 sutka müddətinə artırıb. Həbs müddətinin artırılması Baş Prokurorluğun Fələstinin “Həmas” hərəkatı ilə sövdələşmə faktının istintaqı çərçivəsində baş verib. İstintaq hesab edir ki, “Həmas”ın 2011-ci ilin qışında baş vermiş hücumlarla əlaqəsi var.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR