Bank Of Baku

Nayrobidə ticarət mərkəzinə silahlı hücum zamanı ölənlərin sayı 30-a çatıb

Nayrobidə ticarət mərkəzinə silahlı hücum zamanı ölənlərin sayı 30-a çatıb
# 21 sentyabr 2013 19:53 (UTC +04:00)

Bakı – APA. Bu gün Keniyanın paytaxtı Nayrobi şəhərində yerləşən iri ticarət mərkəzlərinin birində baş verən atışma zamanı həlak olanların sayı 30-a çatıb.

 

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, yerli hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, bu hadisənin terror aktı olması ilə bağlı ehtimallar var. Şahidlər isə hadisəni törədən şəxslərin yerli dildə deyil, ərəb və ya Somali dilinə bənzəyən dildə danışdıqlarını vurğulayıblar.

 

Ticarət mərkəzinə hücum zamanı 7 nəfər girov götürülüb, binada olan bütün müsəlmanlar sərbəst buraxılıb. Hücum edən şəxslər avtomat silahdan və əl qumbaralarından istifadə edib.

 

Məlumata görə, hazırda polis hadisəni törədən şəxslərdən birini yaralayaraq saxlamağa, qalanlarını isə mərtəbələrin birində mühasirəyə almağa müvəffəq olub.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR