Bakı. Şamil Əlibəyli – APA. Cənubi Afrika Respublikanın keçmiş prezidenti Nelson Mandela yenidən xəstəxanaya yerləşdirilib. APA-nın xarici mediaya istinadən verdiyi məlumata görə, 94-yaşlı N.Mandelaya ağ ciyər infeksiyanın kəskinləşməsi diaqnozu qoyulub. Həkimlər onun vəziyyətini ağır-stabil kimi qiymətləndirirlər. CAR prezidentin mətbuat xidməti bildirib ki, həkimlər onun sağ qalması üçün əllərindən gələni edirlər.
Qeyd edək ki, N.Mandela bundan əvvəl iki dəfə ağ ciyər infeksiyaya görə xəstəxanaya yerləşdirilib.