Bakı-APA. Nigeriya ordusu bir müddət əvvəl ölkənin şimalında üsyançı qruplaşmalarının ləğv olunması ilə bağlı başlanmış əməliyyat nəticəsində mayın 18-də 10 ekstremisti zərərsizləşdirib və 65 silahlını həbs edib.
APA-nın “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, hərbçilər komendant saatı tətbiq edilən Mayduquri şəhəri yaxınlığında silah anbarı ələ keçirib.
Xatırladaq ki, mayın 17-də Nigeriya ordusu ölkənin şimalında 20-dən çox ekstremisti zərərsizləşdirib.
Bir neçə gün əvvəl Nigeriya prezidenti Qudlak Conatan “Boko Haram” ekstremist qruplaşmasının hücum təhlükəsi ilə bağlı ölkənin şimal-şərq ştatlarında fövqəladə vəziyyət elan edib.