Bank Of Baku

Nigeriyada 24 gənc qətlə yetirilib

Nigeriyada 24 gənc qətlə yetirilib
# 01 sentyabr 2013 02:40 (UTC +04:00)

Bakı-APA. Nigeriyanın Borno ştatında gənclərdən ibarət drujinaçı dəstəsinin azı 24 üzvü qətlə yetirilib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, qətliamı “Boko Haram” terror təşkilatı törətdiyi ehtimal olunur.  

 

Hakimiyyət qurumlarının məlumatına görə, əsgər geyimində olan terrorçular 100 nəfərdən ibarət  drujinaçı dəstəsini tovlayıb meşəyə apararaq hücum edib. Azı 34 nəfər itkin düşmüş hesab olunur.    

 

Ordu “Boko Haram” təşkilatının üzvlərinin aşkarlanması məqsədi ilə yerlərdə əhalini drujinaçı dəstələri yaratmağa çağırır. Hərbçilər qruplaşmanın fəaliyyətinə son qoymaq üçün əməliyyatlar həyata keçirir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR