Bakı-APA. Nigeriyada “Boko Haram” islamçı qruplaşmasının Bama şəhərinə hücumu nəticəsində ən azı 55 nəfər ölüb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Nigeriya silahlı qüvvələrinin nümayəndəsi məlumat verib.
İlkin məlumata görə, polis məntəqəsi və hərbi kazarmalara basqın zamanı 100-dən çox məhbus qaça bilib. Atışma zamanı 20-dən çox polis əməkdaşı, 14 həbsxana nəzarətçisi və 10-dan çox yaraqlı ölüb.
Bu insident “Boko Haram” qruplaşması tərəfindən son zamanlar törədilən hücumların sırasında ən irimiqyaslısı hesab olunur.