Bakı-APA. Nigeriyanın Damboa şəhərinin bazarına silahlı hücum nəticəsində 18 nəfər qətlə yetirilib, üç nəfər isə ağır yaralanıb. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” regional hakimiyyətə istinadən məlumat yayıb.
Məlumata görə, yanvarın 22-də bir qrup avtomatla silahlanmış şəxs bazarı gülləbaran edərək, hadisə yerini tərk edib.
İstintaq irəli sürdüyü versiyaya görə, hücumu yerli ovçular törədib, belə ki, bazar rəhbərliyi onlara İslamda natəmiz hesab edilən meymun və başqa heyvanların ətini satmağa qadağa qoyub.