Bank Of Baku

Nigeriyada bir neçə hücum nəticəsində 25 nəfər həlak olub

Nigeriyada bir neçə hücum nəticəsində 25 nəfər həlak olub
# 23 mart 2013 23:58 (UTC +04:00)

Bakı-APA. Nigeriyanın şərqində yerləşən Qanye şəhərində yaraqlıların törətdiyi bir neçə hücum nəticəsində 25 nəfər həlak olub.

 

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, silahlı hücumlara şəhər həbsxanası, bank və polis məntəqəsi məruz qalıb. Bundan başqa, silahlılar yerli kafeni də gülləbaran ediblər.      

 

Polisin məlumatına görə, yaraqlılar həbsxanada saxlanılan məhbusların bir qismini azadlığa buraxıb. Hücum zamanı onlar patlayıcılardan, pulemyotlardan və başqa silahlardan istifadə ediblər.  

 

Hökumət hesab edir ki, hücumlar ölkənin şimalında və şərqində fəal çıxış edən “Boko Haram” islamçı qruplaşma tərəfindən təşkil olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR