Bakı-APA. Mərkəzi Nigeriyada silahlı hücum nəticəsində ən azı 20 polis zabiti qətlə yetirilib. APA-nın Associated Press-ə istinadən verdiyi məlumata görə, hadisə Nasarava ştatının Alakio kəndində baş verib.
Polislər yerli etnik cinayətkar qrupun əməliyyatının qarşısını almaq istərkən pusquya düşüblər. Nigeriya polisi hadisə barəsində yalnız onu bildirib ki, cinayətkarlar islamçılar olmayıblar.