Bakı-APA. Nigeriyada hərbçilər ölkənin şimal-şərqində üsyançıların hücumunu dəf edərkən “Boko Haram” islamçı qruplaşmasının 40 üzvünü öldürdüklərini bəyan ediblər.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, hərbçilər arasında itkilər barədə məlumat verilmir.
İnsidentin digər təfərrüatları açıqlanmır.