Bank Of Baku

Nigeriyada hücum nəticəsində 11 nəfər qətlə yetirilib

Nigeriyada hücum nəticəsində 11 nəfər qətlə yetirilib
# 17 avqust 2013 04:03 (UTC +04:00)

Bakı-APA. Nigeriyada hücum nəticəsində 11 nəfər qətlə yetirilib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hücum edənlərin radikal islamçılar olduğu güman edilir.

 

Hadisə şahidləri bildirib ki, Borno ştatının mərkəzi şəhərindən 85 kilometr aralıda yerləşən Damboa şəhərində silahlılar polisə və mülki əhaliyə atəş açıb. Bu ərazi “Boko Haram” radikal qruplaşmanın məskanı sayılır.

 

Qeyd edək ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.    

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR