Bakı-APA. Nigeriyada silahlılar Koreyanın Hyundai Heavy Industries şirkətinin nümayəndəliyinə hücum edib şirkətin dördü əcnəbi olmaqla 6 əməkdaşını girov götürüb.
APA-nın “Röyter” agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxslər şirkətin sənaye obyektinə hücum edərək, 4 əcnəbi və 2 nigeriyalı əməkdaşı girov götürüblər. Əcnəbilərin milləti barədə məlumat verilmir.
“Hələlik qruplaşma ilə heç bir əlaqə qurulmayıb və biz məsələyə aydınlıq gətirmək məqsədi ilə yerli polislə sıx əməkdaşlıq edirik”, deyə Cənubi Koreya XİN əməkdaşı agentliyə bildirib.