Bank Of Baku

Nigeriyada parlamentari qətlə yetirilib

Nigeriyada parlamentari qətlə yetirilib
# 15 dekabr 2012 03:43 (UTC +04:00)

Bakı-APA. Naməlum şəxs Nigeriya parlamentinin deputatını qətlə yetirib. APA-nın “Frans Press” agentliyinə istinadən verdiyi xəbərə görə, insident dekabrın 15-də baş verib.

 

Polisin məlumatına görə, naməlum şəxs motosikletlə Danlali İsa Kadəminin evinə gələrək, bağçada olan deputata bir neçə dəfə atəş açıb. Kadəmi aldığı güllə yaralarından hadisə yerində keçinib.

 

Hadisəyə görə məsuliyyəti heç kim üzərinə götürməyib, lakin agentlik qeyd edir ki, ölkədə siyasətçilərə qarşı törədilən qətllərin və insan oğurluqlarının arxasında çox vaxt “Boko Haram” radikal islamçı qruplaşması durur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR