Bakı-APA. Nigeriyanın şimalında hökumət qüvvələri və silahlılar arasında son 2 gün ərzində baş verən toqquşmalar nəticəsində 21 insan öldürülüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, ötən gecə Damboa şəhərində silahlılar polis məntəqəsinə və mülki obyektlərə hücum ediblər, nəticədə 13 nəfər ölüb. Polisə 50-dək silahlının hücumunu dəf etməyə mümkün olub. Ordu şəhərə əlavə qüvvələr cəlb edib.
Qonşu Qombe şəhərində isə ötən gün 8 silahlı məhv edilib.
Qeyd edək ki, Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror təşkilatı son zamanlar xeyli fəallaşıb.
Avqustun 11-də Konduqa şəhərində silahlıların məscidə hücumu nəticəsində 47 nəfər qətlə yetirilib.