Bakı-APA. Nigeriyada yerli “Ombatsi” təriqətinin üzvləri ilə toqquşmalarda ən azı 30 polis əməkdaşı ölüb. Bundan öncə 23 nəfərin öldüyü bildirildi.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, hadisə Nasarava ştatının Akayo kəndində baş verib.
Polislər yerli “Ombatsi” təriqətinin liderini həbs etməyə yollanıb, lakin kəndin yaxınlığında pusquya düşüblər.