Bakı-APA. Nigeriyada ötən həftə itkin düşmüş 11 polis əməkdaşının cəsədi ölkənin cənubunda aşkarlanıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə yerli hakimiyyət orqanları açıqlama ilə çıxış edib.
Xatırladaq ki, bu günlərdə Niger çayının deltasında silahlılar polis katerinə hücum edib. Bu hadisədən sonra 12 polis əməkdaşı itkin elan olunub. Onlardan birinin taleyi indiyədək məlum deyil.
Məlumata görə, cəsədlər Yenaqoa şəhərinin morquna aparılıb. Cəsədlərin bir neçəsi yandırılmış haldadır.
Polisin ehtimalına görə, hücum “Nigerin deltasının azadlığı uğrunda hərəkat” qruplaşması tərəfindən həyata keçirilib.