Bank Of Baku

Ötən gecə Misirdə baş verən toqquşma nəticəsində ölən və yaralananlar olub

Ötən gecə Misirdə baş verən toqquşma nəticəsində  ölən və yaralananlar olub
# 23 iyul 2013 09:17 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Ötən gecə Misirdə prezident Məhəmməd Mursi tərəfdarları və qarşı tərəf arasında baş verən toqquşmalar nəticəsində  ən azı dörd nəfər  ölüb, 30 nəfər yaralanıb. APA-nın “Əl-Ərəbiyyə” telekanalına istinadən yaydığı məlumata görə, qarşıdurmalar Mursinin bir neçə yüz tərəfdarının Qahirədə ABŞ səfirliyi istiqamətində yürüşü zaman baş verib. Nümayişçilər ABŞ-ın Misirin daxili işlərinə qarışmasına etirazlarını bildirmək üçün ABŞ səfirliyi istiqamətinə hərəkət edərkən Təhrir meydanında Mursi əleyhdarları ilə qarşılaşıblar. Tərəflər bir-birlərinə daş atmağa başlayıblar.  Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan  istifadə edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR