Bakı-APA. Misirin Port-Səid şəhərində prezident Məhəmməd Mursinin istefasını tələb edən müxalifətçilərin kütləsinə atılmış əşyanın partlaması nəticəsində 1 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.
Hadisə şəhərin Şəhidlər meydanında baş verib.
Misir mediasının məlumatına əsasən, ölkənin digər əyalətlərində dünən və bu gecə baş verən qarşıdurmalarda 3 nəfər həlak olub, 200-dən artıq insan isə yaralanıb. Öldürülənlər arasında informasiya agentliyi üçün stringer işləmiş ABŞ vətəndaşı da var.