Bakı-APA. Misir paytaxtında dünən baş vermiş iğtişaşlar nəticəsində 4 nəfər həlak olub. Bu barədə ölkənin səhiyyə nazirliyinin nümayəndəsi Əhməd Ömr məlumat verib.
Onun sözlərinə görə, 2 nəfər xəstəxanada keçinib. Bu şəxslər Simon Bolivar meydanında aldıqları güllə yaraları ilə xəstəxanaya gətirilibmişlər. Daha 2 nəfər isə sözügedən meydandakı qarşıdurmada aldıqları yaralardan hadisə yerində keçiniblər.
Misirdə artıq neçə gündür ki, radikal gənclərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma davam edir.