Bakı-APA. Qahirənin mərkəzində baş verən toqquşmalar nəticəsində onlarla insan yaralanıb. Nümayişçilər daxili işlər nazirliyinin binasına doğru irəliləməyə cəhd etsələr də polis gözyaşardıcı qazın köməyilə onların qarşısını alıb. Polislərlə nümayişçilər arasında qarşıdurma gecə saatlarında da davam edib. Hökumət əleyhinə şüarlar səsləndirən nümayişçilərə qarşı polis əlavə qüvvələr cəlb edir.
Qeyd edək ki, sözügedən aksiya 2011-ci il noyabrın sonlarında baş vermiş faciəvi hadisələrin ildönümünə həsr olunub. O zaman nümayişçilər hərbçilərə qarşı hökumətin mülki şəxslərə təhvil verilməsi tələbi ilə küçədlərə çıxmışdılar və qarşıdurma nəticəsində 40-dək insan həlak olmuşdu.