Bakı-APA. Qahirənin mərkəzində Təhrir meydanı rayonunda devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasındakı davada onlarla insan yaralanıb. Bu barədə APA «Sky News Arabia»ya istinadən məlumat verir.
Qarşıdurma «Müsəlman qardaşlar»ın ali lideri Məhəmməd Badianın çıxışından sonra başlayıb. Badia tərəfdarları qanuni seçilmiş prezidenti müdafiə etməyə çağırıb. Onun çıxışından sonra yüzlərlə insan Təhrir və telemərkəz rayonuna hərəkət edib.