Bakı-APA. Qahirədə prezident Məhəmməd Mursinin iqamətgahının yaxınlığında radikal gənclərdən ibarət qruplaşmaların üzvləri ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.
Hökumət əleyhinə şüarlar səsləndirən gənclər iqamətgahın önündəki polislərə daş atmağa başlayıblar. Polis gözyaşardıcı qaz və suvuranların köməyilə etirazçıları qonşu küçələrə sıxışdırıb.
Misirin digər şəhərlərində də hökumətin siyasəti əleyhinə kütləvi aksiyalar keçirilib. Fevralın 11-i Misirin keçmiş prezidenti Hüsni Mübarəkin istefasının ikinci ildönümüdür.