Bank Of Baku

Qahirədə polislə nümayişçilər arasında baş verən qarşıdurmada 7 nəfər həlak olub

Qahirədə polislə nümayişçilər arasında baş verən qarşıdurmada 7 nəfər həlak olub
# 25 yanvar 2013 23:49 (UTC +04:00)

Bakı-APA. Misirin Süveyş şəhərində polislə nümayişçilərin qarşıdurması zamanı 7 nəfər həlak olub.

 

Məlumata görə, radikal gənclər və polis arasında qarşıdurma Misirin müxtəlif şəhərlərində baş verir. Ölkənin Təcili yardım xidmətinin məlumatına görə hadisələr nəticəsində 252 nəfər xəsarət alıb. Onların arasında polislər də var.

 

İskəndəriyyə, Süveyş, İsmailiyyə, Dumyət, Məhəllə əl-Kübra şəhərlərində nümayişçilər yerli hakimiyyətin binalarına hücum ediblər. Bir sıra yerlərdə «Müsəlman qardaşlar» təşkilatının və onun siyasi qolu olan «Azadlıq və bərabərlik» partiyasının ofislərinə hücumlar olub.

 

Məlumatlara əsasən, Misir prezidenti Məhəmməd Mürsi Qahirə yaxınlığındakı hərbi bazalardan birindədir.

 

Nümayişçilər ölkənin islamlaşdırılmasına qarşı çıxış edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR