Bank Of Baku

Qahirədə toqquşmalar davam edir

Qahirədə toqquşmalar davam edir
# 16 iyul 2013 01:54 (UTC +04:00)

Bakı-APA. Misirin keçmiş prezidenti Məhəmməd Mursinin minlərlə tərəfdarı gecə saatlarında Qahirənin əsas yollarını bağlamağa cəhd edirlər. Şəhərin əsas nəqliyyat arteriyalarında Mursi tərəfdarları ilə polislərin arasında toqquşma baş verir. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edir, həmçinin havaya atəş açır. Bir neçə nəfərin yaralandığı bildirilir.

 

Həmçinin minlərlə etirazçı Respublika qvardiyasının qərargahına doğru yönəlib.

 

Etirazlar İslamçı qüvvələr birliyinin ölkədəki vəziyyəti gərginləşdirməyə dair planına əsasən başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR