Bank Of Baku

Qahirədə yaralananların sayı 200-ü keçib

Qahirədə yaralananların sayı 200-ü keçib
# 06 dekabr 2012 03:05 (UTC +04:00)

Bakı-APA. Qahirədə prezident sarayı yaxınlığında prezident Məhəmməd Mürsinin tərəfdarları və əleyhdarları arasındakı qarşıdurmada artıq 210 nəfər yaralanıb. Bu barədə ölkənin Təcili yardım xidmətinin rəhbərliyindən bildirilib.

 

Daha öncə iki nəfərin də həlak olduğu barədə məlumat verilmişdi.

 

Prezident sarayına təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər qarşı tərəfləri metal çəpərlərlə ayırmağa çalışır. Buna baxmayaraq liberal müxalifət və islamçı prezidentin tərəfdarları arasında qarşıdurma davam edir.

 

Dünən “Müsəlman qardaşlar”ın minlərlə  tərəfdarları prezident sarayının qabağına gələrək liberal müxalifətin burada qurduğu çadırları söküb və bu qanlı toqquşmalarla nəticələnib. İğtişaşlara radikal əhval-ruhiyyəli futbol fanatları da qoşulub.

 

Liberal qüvvələrin nümayəndələri Misir prezidenti Məhəmməd Mürsinin yeni konstitusiya bəyannaməsinə qarşı çıxış edirlər. Onlar Mürsini səlahiyyətlərini artırmaqda ittiham edərək onu istefaya çağırırlar. Mürsinin təmsil etdiyi «Müsəlman qardaşlar» hərəkatı isə tərəfdarlarını prezidenti müdafiə etməyə çağırıb.

 

Baş verən hadisələrə görə artıq prezidentin üç müşaviri istefa verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR