Bank Of Baku

Qahirəni yenidən iğtişaşlar bürüyüb

Qahirəni yenidən iğtişaşlar bürüyüb
# 22 noyabr 2012 03:43 (UTC +04:00)

Bakı-APA. Qısa fasilədən sonra Misirin paytaxtı Qahirədə yenidən iğtişaşlar baş alıb. Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edirlər. Daxili işlər nazirlinin binasının yanına zirehli texnika gətirilib.

 

Sözügedən nümayişlər artıq dördüncü gündür ki, davam edir. Getdikcə nümayişçilərin sayı artır. Onlar əsasən gənclərdir. Nümayişçilər müxtəlif tələblərlə çıxış edirlər. Bəziləri Hüsni Mübarək rejiminin tərəfdarlarını sərt cəzalandırmağı tələb edir, digərləri isə Məhəmməd Mürsini və «Müsəlman qardaşlar»ı hakimiyyətdən getməyə çağırırlar.

 

Bu günədək nümayişlərdə 120 nəfər, o cümlədən 30 polis yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR