Bakı-APA. Misirin paytaxtı Qahirə şəhərinin Təhrir meydanına minlərlə etirazçı axışır. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Qahirədə bu gün prezident Məhəmməd Mursinin istefası tələbi ilə izdihamlı etiraz aksiyası keçiriləcək.
Qeyd edək ki, iyunun 30-da islamçı Məhəmməd Mursinin hakimiyyətə gəlişinin bir ili tamam olur.
Xatırladaq ki, iyunun 28-də prezidentin tərəfdarları və əleyhdarları arasında baş vermiş toqquşmalarda amerikalı tələbə də daxil olmaqla üç nəfər ölüb.