Bank Of Baku

Qəddafinin oğlunun məhkəməsi başlayıb

Qəddafinin oğlunun məhkəməsi başlayıb
# 19 sentyabr 2013 08:48 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bu gün Liviyanın paytaxtı Tripolidə bu ölkənin keçmiş prezidenti, Liviyanı 40 ildən çox idarə etmiş Müəmmər Qəddafinin oğlu Seif əl-İslamın və devrilmiş hökumətə yaxın olmuş 38 nəfərin məhkəməsi başlayıb. APA-nın “Rosbalt”a istinadən verdiyi məlumata görə, həmin şəxslər 2011-ci il fevralın 17-də baş vermiş inqilab zamanı insanlığa qarşı cinayətlər törətməkdə ittiham edilir.

 

Bundan əvvəl S. əl-İslamın vəkili onun Haaqada yerləşən beynəlxalq cinayət məhkəməsində mühakimə olunmasını tələb edib. Onun sözlərinə görə, S. əl-İslamı Liviyadan ekstradisiya etməsələr, o, edam oluna bilər.

 

İttiham olunan şəxslər arasında Liviya xüsusi xidmət orqanının keçmiş rəhbəri Abdalla əs-Sənussi də var.

 

Qeyd edək ki, S.əl-İslam qiyamçılar tərəfində 2011-ci ilin noyabrında yaxalanıb. Həmin gündən o, həbsdə saxlanılır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR