Bakı-APA. Qvineyada etnik zəmində baş vermiş toqquşmalar nəticəsində ən azı 10 nəfər ölüb, onlarla insan yaralanıb.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, iğtişaşlara səbəb bir qəbilənin digərini yanacaq doldurma məntəqəsində oğurluqda ittiham etməsi olub.
Bir müddət sonra iğtişaşlar əyalətin paytaxtınadək genişlənib.
Məlumata görə, ölənlərin əksəriyyəti diri-diri yandırılıb, bəziləri isə baltalanaraq qətlə yetirilib.