Bank Of Baku

Qvineyada toqquşmalarda ən azı 5 nəfər ölüb

Qvineyada toqquşmalarda ən azı 5 nəfər ölüb
# 26 may 2013 01:46 (UTC +04:00)

Bakı-APA. Qvineyanın paytaxtı Konakri şəhərində etiraz edən müxalifətçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda ötən gün ikisi uşaq olmaqla 5 nəfər ölüb.

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, şahidlər iddia edir ki, polis atəş açdığı rayonlarda müxalifətin  çıxışları  daha kəskin olub.

 

Qeyd edək ki, mayın 23-dən Konakridə davam edən toqquşmalarda 11 nəfər həlak olub.

 

Müxalifət iyunda keçiriləcək parlament seçkilərinin nəticələrini hökumət tərəfindən saxtalaşdıracağı barədə ehtimallarını bildirdikdən sonra ölkədə etirazlar geniş vüsət alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR