Bu barədə APA-ya Azərbaycan Dövlət Dəniz Administrasiyasından (ARDDA) məlumat verilib.
ARDDA-nın apardığı araşdırmalara görə, Elmar Məmmədov adlı matros müqavilə əsasında tankerdə çalışıb.
Administrasiyadan verilən məlumata görə, San Tome Sahil Təhlükəsizliyi tərəfindən yanacaq qaçaqmalçılığı iddiası ilə saxlanılmış gəminin heyəti ötən həftə azadlığa buraxılıb. Onlar Türkiyəyə dönüblər. San Tome tərəfi gəmiyə qarşı irəli sürdüyü iddiaları sübuta yetirə bilməyib.
Qeyd edək ki, sahibi türk olan və Malta bayrağı altında üzən “Düzgit Integrity” tankeri San Tome sahil sularında martın 15-də saxlanılıb. Gəminin heyəti 17 nəfərdən (15 türk, 1 azərbaycanlı və 1 gürcü) ibarət olub. Saxlanılmış «Düzgit Integrity» tankerinə yanacaq qaçaqmalçılığı iddiası ilə 5 milyon avro cəza kəsilib, həmçinin kapitanı 3 illiyə azadlıqdan məhrum edilib.
San Tome Mərkəzi Afrikada yerləşən ada dövlətdir.