Bakı-APA. Seneqalın Kazamans vilayətində arabanın minaya düşməsi nəticəsində bir qadın və azyaşlı uşaq ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” hadisə şahidlərinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, insident Ziqinşor şəhərindən 80 km şimal qərbində baş verib. Partlayış nəticəsində qadın hadisə yerində həlak olub, uşaq isə ayaqlarını itirib, o xəstəxanaya aparılarkən keçinib.
Kazamans vilayəti Qambiya və Qvineya Bisau ilə həmsərhəd ərazidə yerləşir. Bu ərazidə diola etnik qrupu çoxluq təşkil edir. 1982-ci ildən bu ərazidə “Kazamans demokratik qüvvələrinin hərəkatı” separatçı qruplaşması və hökumət qüvvələri arasında döyüşlər gedir. Kazamans vilayəti Seneqalın ən münbit ərazilərindən biridir.