Bank Of Baku

Silahlılar Malinin şimalındakı əsas şəhərləri tərk edirlər

Silahlılar Malinin şimalındakı əsas şəhərləri tərk edirlər
# 14 yanvar 2013 22:59 (UTC +04:00)

Bakı-APA. Malinin şimali və mərkəzi rayonlarını ələ keçirmiş islamçı silahlılar fransız təyyarələrinin zərbələri altında şimaldakı əsas yaşayış məntəqələrini - Timbuktu, Qao və Duensanı tərk edirlər. Bu barədə Frans Press şahidlərə istinadən məlumat verir.

 

Daha öncə Fransanın müdafiə naziri Jan-İv Le Drian əksinə, silahlıların hücuma keçərək Malinin mərkəzindəki Diabali şəhərini ələ keçirdiyini bəyan etmişdi.

 

Öz növbəsində Malinin «Ənsar əd-Din» islamçı hərəkatının nümayəndəsi Frans Press-ə bildirib ki, silahlıların ölkənin şimalından çəkilməsi «taktiki gediş»dir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR