Bakı – APA. Sinay yarımadasında Misir Silahlı Qüvvələrinə məxsus maşın karvanı yaraqlılar tərəfindən partladılıb.
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, nəticədə ən azı 10 hərbçi ölüb, 25 nəfər yaralanıb.
Hadisə yarımadanın əl-Ariş şəhərində qeydə alınıb.